Qazaxıstanda Regional Ekoloji Sammit keçiriləcək

Gündəm 13:11 / 29.01.2026 Baxış sayı: 658

 

 

2026-cı il 22–24 aprel tarixlərində Qazaxıstanın paytaxtında ilk dəfə Regional Ekoloji Sammit keçiriləcək. Sammit ekologiya su ehtiyatları sahəsində mövcud problemlərin müzakirəsi, eləcə əsas məsələlər üzrə razılaşmaların əldə edilməsi məqsədilə dövlət rəhbərlərini, ekspertləri beynəlxalq təşkilatların nümayəndələrini bu platformada bir araya gətirəcək.

Tədbirin əsas məqsədi ekoloji çağırışlar üzrə birgə praktiki həllərin hazırlanması üçün açıq beynəlxalq platformanın formalaşdırılmasıdır.

Aktual problemlərin müzakirəsi dövlətlərarası razılaşmaların əldə edilməsi məqsədilə Sammitin işində Mərkəzi Asiya ölkələri, Avropa İttifaqı, ŞƏT Yaxın Şərq ölkələrindən təxminən 1500 iştirakçının iştirakı gözlənilir.

Sammit çərçivəsində 8 əsas mövzu üzrə müzakirələr aparılacaq:

Ekoloji təbii risklərə uyğunlaşma iqtisadi dayanıqlılıq;

Ərzaq təhlükəsizliyi regional ekosistem;

Təbii resursların dayanıqlı idarə olunması;

Atmosfer havasının çirklənməsi ilə mübarizə tullantıların idarə edilməsi;

Ekoloji ambisiyalara nail olma mexanizmləri;

Ədalətli inklüziv keçid;

Ekoloji rəqəmsal kompetensiyalar;

İqlim keçidinin dəstəklənməsi.

Sammit çərçivəsində Mərkəzi Asiya dövlət başçılarının birgə bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.

Regional Ekoloji Sammitin 2026-cı ildə (RƏS 2026) BMT ilə tərəfdaşlıq çərçivəsində keçirilməsi təşəbbüsü Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən 2023-cü ildə BMT Baş Assambleyasının 78-ci sessiyası zamanı irəli sürülmüşdür.

Sammitin beynəlxalq tərəfdaşları: BMT, OECD, BEA, IRENA, ADB, Dünya Bankı, EBRD, IWMI, SWITCH-Asia.

 

Hazırladı: Güləmail Murad, AYB əməkdaşı, şair-publisist