Vaqif Səmədoğlu -Vaxtıdır

Ədəbiyyat 12:22 / 15.01.2026 Baxış sayı: 3569

“İndi gileydən, güzardan

Baş alıb qaçmaq vaxtıdır.

Qapıları döyülməmiş

Taybatay açmaq vaxtıdır...

 

İndi hər səsdən, hər küydən

Sükuta dönmək vaxtıdır.

Millət, dövlət zirvəsindən

İnsana enmək vaxtıdır...

 

İndi nə dua, nə qarğış

Nə nəzir demək vaxtıdır.

Dünya susmalıdır artıq

Allaha kömək vaxtıdır”...