Zəka Vilayətoğlu - BİR DEKABR QƏZƏLİ
Ədəbiyyat
21:14 / 01.12.2025
Baxış sayı: 11194
Yetməyir kama, vüsala, iki dünya bir ola,
hansı aşiq ki dönür peymanından, əhdindən!
heç usanma, ürəyim, eşqə varmağa cəhd elə,
qara daş da gül açar, cəfakeşin cəhdindən!
bircə damlası cana can qatar, ey gül, dadsam,
xam pətək bənzəri o ləblərinin şəhdindən!
"yanıram eşq oduna" demək bu gün dəbdən düşüb,
bu günün işi deyil, mən yanıram, eh, dündən!
Ey Zəka, könlünə bax, xoş arzular cənnətidir,
Tanrıya şükr elə ki, yarımısan bəxtindən!