Azərbaycanda güclü zəlzələ oldu - FHN məlumat yaydı + YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxıda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
Yenises.az xəbər verir ki, məlumatda deyilir:
“Respublika Seysmoloji Xidmət Mərkəzindən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb”.
16:18
Şamaxı rayonunda yerli vaxtla saat 15:52-də 4.7 maqnitudada zəlzələ qeydə alınıb.
Yenises.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 5, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.