Əbülfət  Mədətoğlu - Gözlərinin şəkili

Ədəbiyyat 09:00 / 09.04.2026 Baxış sayı: 353

Bir  gözəlin baxışından alışıb,

Səhərəcən  ulduz  saydım - yatmadım..

Adın   deyib , öz-özümə  danışıb -

Xəyal qurdum, istəyimə çatmadım!..

 

Heç  bilmədim  necə  aldı  ağlımı

Biləndə də  istəməyə    utandım.

Qarışdırdı  əvvəlimlə axrımı -

Bircə  anda , açıq-aşkar  budandım...

 

Tutdu   məni  saçlarının  selbəsi

Gah  üzümü, gah  boynumu  daladı...

Bəs  elədi  mənə  bircə  kəlməsi -

Dodaqlarım  saçlarını  qaladı!

 

Günəş  idi  bu baxışlar,  ömrümdə

Görməmişdim,  yuxuda da  mən  hətta...

Şəkilini  göstər , onu  görüm də -

Xoşbəxt  olum  baxışından həyatda!