Məmməd Qədir - Bu gözəl

Ədəbiyyat 13:00 / 09.04.2026 Baxış sayı: 144

 

Sel kimi eşqimdən qorxmur bu gözəl,

Çırmanıb dəhnədən, axından keçir.

Bu yarpız qoxulu suyumu içmir,

Hoppanıb könlümün arxından keçir.

 

Gözlərim hüsnündə intihar edir,

Bir xəzri qoparır, giləvar edir,

Hissimi, duyğumu, elə var edir,

Varım gülə - gülə yoxundan keçir.

 

Off...neynim istəyim daşa dəyməsin,

Nə oyun çıxardım, çaşa düyməsi,

Gozətçi dayanıb qoşa düyməsi,

Oğru baxışlarım yaxandan keçir.

 

Qara gecəsində üzağ gəzirəm,

İçimdə üşütmə, sazaq gəzirəm,

Kənar dolaşıram, uzaq gəzirəm,

Mənə acıq verib yaxından keçır.

 

Alnıma bildiyin yazır bu gözəl,

Su kimi ruhuma sızır bu gözəl,

Hər gün sərhəddimi pozur bu gözəl,

Həyatımda gəzir, yuxumdan keçir.

 

Cadudu, tilsimdi, bu gözəl sirdi,

Ömrümə soxuldu, könlümə girdi,

İlahi, ürəyim ləpir - ləpirdi,

Canımı tapdayır, ruhumdan keçir...