"ŞƏFƏQ" təqdim edildi

MƏDƏNİYYƏT 09:55 / 05.04.2026 Baxış sayı: 2012

Dünən, yəni 4 aprel 2026-cı il tarixdə AYB Lənkəran Bölməsində Bölmənin ədəbi -bədii, publisistik orqanı olan "ŞƏFƏQ" jurnalının 2026-cı ilin 1-2 sayının təqdimatı keçirildi.

Təqdimatda bölgə yazarları, ziyalılar, oxucular iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Bölmənin sədri, yazıçı, dramaturq Qafar Cəfərli jurnalın təqdim olunan sayı barədə məlumat verdi. O bildirdi ki, hər bir təqdimat jurnalın keyfiyyətinin yüksəlməsində, daha maraqlı məzmunda çap olunmasında mühüm rol oynayır. Bu səbəbdən müəlliflərin və oxucuların jurnal barədə fikir və düşüncələri, arzu və təkliflərini eşitmək çox əhəmiyyətlidir.

Tədbir iştirakçılarından Cəlilabad rayonunda yaşayan Bilal Alarli ,Sevil Azadqızı, Mikayıl İncəçaylı, İlqar İsmayılzadə,Xəzər Hikmetoğlu; Masalli rayonunda yaşayan Allahverdi Bayrami ,Camal Lələzoə, Əlizaman Baxış; Yardımlı rayonunda yaşayan Əkbər Rəvan; Lerik rayonunda yaşayan Müşfiq Məmmədov; Astara rayonunda yaşayan Nəriman Azəri; Lənkəranda yaşayan Ağamir Cavad , Ziyafət Yəhya, Hafiz Mirzə , Xatirə Xatun , Əhməd Haqsevər,Leyla Məcidova, Sərraf Talıb, Qardaşxan Fərzi, İltifat Əhmədov, Salman Məmmədoqlu , Məzahir Aqayev, Feraset Nuriyev , Şəbnəm Namikqızı,Hacı Qərib Nuriyev , Ofeliya Nəzərova çıxış edərək jurnalla bağlı arzu və təkliflərini söylədilər

Bölmə sədri Qafar Cəfərli səsləndirilən bütün arzu və təkliflərə münasibətini bildirdi, imkan və səlahiyyət daxilində bəzi təkliflərin icrası üçün səy göstərəcəklərini qeyd etdi.

Sonda şəhərin H.Əliyev meydanında xatirə şəkilləri çəkildi.