Aləmzər Sadıqqızı - Vətən...
İndidən darıxdım ... getmir ürəyim
Gedirəm mən səndən gələnə qədər.
Bir ovuc göz yaşı , bir az sənsizlik..
Götürdüm yoluma dönənə qədər...
...
Səninlə yandırdım bu şam ömrümü...
Səhər könlün aldım axşam ömrümün
Hələ pərvanəsiyəm nakam ömrümün
Eşqinlə yanacam sönənə qədər
Sən mənim dünyada ən uca dağım...
Sevgilim, sevincim, ruhum və qanım..
Aldığım nəfəsim , bədəndə canım...
Məni səni səvəcəm ölənə qədər..
Ömür bir sehirli taxtdı əzəldən...
Agladıb -ğüldürən baxtdı əzəldən
Bu həsrət könlümü yıxdı əzəldən...
Dözüb dayanacam yenənə qədər...
Aləməm mən sənə ürək vermişəm..
Yolunda canımı qurban demişəm.
Vətən , ürəyimi əmanət saxla...
Qaytarıb özümə verənə qədər...