Ramiz Qusarçaylı - Dərdimi yığdım ovcuma

Gündəm 08:14 / 05.04.2026 Baxış sayı: 353

Dərdimi yığdım ovcuma

Məhsim üçün

Dərdimi yığdım ovcuma

göyərər novruza, anam.

Toy payıza çəkən kimi

ölüm çəkir yaza, anam.

Dünya məni yaman sıxıb.

dərd-dərd əkib,

qəm-qəm yığıb,

ölümün də şiti çıxıb

qoyan yoxdu duza, anam.

Ağarmadı bu dağ-duman,

göz yaşım şeh gül ağrıma…

Ölsəm, üstümdə ağlama

qoy özünü naza, anam.

Bu ürəknən, bu başınan,

gün-gün özümdən daşınnam.

Adımı da baş daşımdan

sildim…

Yaza-yaza anam…