Yadigar Təvəkgül - Bir az asta danış,bir az asta din,

Ədəbiyyat 08:00 / 05.04.2026 Baxış sayı: 353

 

 

Bir az asta danış,bir az asta din,

Vaxt olar sözlərin yaxar qəlbini .

Bir gün mən olmaram xatirəm qalar,

Verdiyin vədlərin sıxar qəlbini.

 

Solar əllərində bənövşə, nərgiz,

Bu yaz ara verməz dəli yağışlar.

Sellər alıb gedər sevdiyin kəsi,

Küsən qəlb ,inanma səni bağışlar.

 

Mey kimi dağılar,itər həyatın,

Heç olar ömürünün gələn illəri.

İçindən qırılıb parcalanarsan ,

Toxunsa lalənə özgə əlləri.

 

O qara bağrına daş bağlayarsan

Qürurun səhvimi bağışla deməz

Bitər eşq dastanın , sevgi dastanın

Səninlə danışıb,araya gəlməz