Kəmaləddin Qədim - ƏLİNDƏ
Tanrım, dünyanın xeyri,
şəri sənin əlində.
Dərddən başqa nə gəldi
bəri sənin əlində?
Girovam, vaxta girov,
Taleyə, bəxtə girov.
Ölü bərzəxdə girov,
diri sənin əlində.
Hər yetən dil uzatdı,
Ruzimə əl uzatdı.
Çəkildim addım-addım
geri sənin əlindən.
Bu sən, bu yurd, bu ölkə,
Nə qorxun var, nə kölgən.
Tutub alıblar bəlkə
yeri sənin əlindən?..