Əşrəf Veysəlli - GÖZÜMLƏ ÇƏKDİYİM ŞƏKİLLƏR
Sınaq mıktəbiydi xeyir də, şər də,
İnsanlar mehriban yaşayardılar.
Uzaqdaqən baxanda ermənilər də
Adam balasına oxşayardılar.
Sevgiylə çırpınar ürəkıərimiz,
Ömrün ən mübarək çağıydı orda.
Gah “Qaya Bulaq” dı görüş yerimiz,
Gah dakı “Dodanın bağı” ydı orda.
Gəlişin əridər həsrət buzunu,
Alışıb yanardım bulaq başında.
Qınayan olmasa ömrüm uzunu
Heykələ dönərdim bulaq başında…
İllər uçub getdi,- qanadlı illər,
Dözülməz olubdur dözümlü dünyam.
Bir az Şahnisəli, bir az Cavadlı,
Bir az da Əzizli, Kazımlı dünyam.
Ömrümüz bir köhnə nağıla döndü,
Bir zaman necə də təzə- tər idi.
Hər ötən ilimiz - bir kino lenti,
Günlərimiz - rəngli şəkillər idi.
Əriyib dibinə çökən gözlərim
Fikrimi dumanlı dağlara çəkir.
O rəngli şəkillər çəkən gözlərim
İndi gördüyünü ağ-qara çəkir.
Şam kimi əridi ömrün illəri,
şirin xəyallardan qopa bilmirəm.
Gözümlə çəkdiyim o şəkilləri,
Hara qoyublarsa ,tapa bilmirəm.
2020/ ci il.