Məmməd QƏDİR - Səni unutmuşam.
Nə işin var yuxumda,
Mən səni unutmuşam.
Yoxluğunu həb kimi,
Qurtum - qurtum udmuşam.
Sağaldım ayrılıqdan,
Şəfa tapdım qəmindən.
Zor ilə ayrılmışam,
Sevdalar aləmindən.
Çıxmışam köləlikdən,
Şah kimi, vəzir kimi.
Allah verən dərdləri,
Yeyirəm nəzir kimi.
Təzə - təzə səngiyib,
El, obanın qınağı.
Qaysaq olub, köz tutub,
Ürəyimin yanığı.
Tanrının dərgahına,
Pillə-pillə çatıram.
Söndür xatirələri,
Qaranlıqdı, yatıram...
... Nə işin var yuxumda,
Mən səni unutmuşam.
Yoxluğunu həb kimi,
Qurtum - qurtum udmuşam...
. 08.04.2015.