Əşrəf Veysəlli - OLMAYIB
Mən görüş təşnəsi, vüsal düşkünü,
Onsuz yaşadığım bir gün olmayıb.
Heç kəs mənim kimi onun eşqinin
Soyuq Sibirimə sürgün olmayıb.
Yerlərə örnəkdir əzabı Türkün,
Göylərdə şimşəkdir qəzəbi Türkün.
Görən doğrudanmı əsəbi Terkün
Heç zaman bu qədər gərgim olmayıb.
Bu özbək, bu qazax, bu hun, bu tatar…
Hah yallı oynayar, gah qurşaq tutar.
Əl ver!— Görsenlər ki, dünya bu qədər,
İndiki biçimdə TÜRKÜN oımayıb.