Xatirə Rəhimbəyli : - Sən mənə taleyin zulum payısan
Sən mənə taleyin zulum payısan,
Göynəyən könlümü bir üfləsən sən ...
Ruhumun qısılıb dustaq qaldığı
İkicə kəlmədən özgə nəsən sən ?
Gördünmü quruyan qaxac ömrümü ,
Cismimi qovuran bu sac ömrümü ?
Bu kədər yarpaqlı ağac ömrümü ,
Noolar , bircə kərə silkələsən sən ?!
Namərd quyulardı , xəbərçi qamış ,
Könlümdə bir zərrə inam qalmamış...
Etibarı perik , ümidi sınmış
Ürək nələr çəkir...Nə biləsən sən ...