Yadigar  Təvəkgül -  Qorxdum ləçəklərin qopub tökülər,

Ədəbiyyat 12:47 / 08.04.2026 Baxış sayı: 192

Qorxdum ləçəklərin qopub tökülər,

Qıymadım yuvandan qoparam səni

Sən mənim könlümün sah əsərindən

Götürüb özümlə aparam səni.

 

Bilirəm yurd eşqin təmizdir pakdır

Bağrına həsrətin hilalı batır

Xəfif gülüşünlə əsir ürəyim

Baxışın eşq ilə qəlbimə yatır

 

Mən sənin eşqinlə olmuşam əsli

Sən könül dağımda edirsən nalə

Ay mənim ruhumun məhəbbət fəsli

Gəlib ürəyimdə bitmisən laləm

 

Nə qədər dağ gəzdim cığır dolandım,

Qovdum başın üstən dumanı cəni.

Başqa çiçəklərə aldanma nolar,

Qayıdıb gələcəm gözlə sən məni!!!