Fərhad Tapdıqoğlu - Beytlər
Vurulmaqçün adi,cansız bir daşa,
Gərəkdir qəlbində məhəbbət daşa.
=
"Mən heç kimdən qorxmuram"- göyürdü sinəsinə,
Arvaddan qorxub evə ,gəlirdi sinə-sinə.
=
Yaltaq razı olar hər cür təhqirə,
İstər ancaq yaltaqlana,tək girə.
=
Çay kənarı,bir məkan,qulluq et,bağ-baxçaya,
Ömrün ahıl çağında,otur bağda...bax çaya.
=
Kaş ki,ailədə kimsə işləyib,pul qazana,
Heç bir ailə baxmaya mətbəxdə boş qazana.
=
İşi qorumaqdı ədalət,haqqı,
Həm maaşı vardı,həm aylıq "haqqı".
=
Birinə alçaqlıq gəlirsə gendən,
Uzaqlaş yanından,gəz dolan gendən.
=
Önəm versən həm təhsilə ,həm işə,
İnanginən, ruzun olar həmişə.
=
Kim ki,olsa vəzifə ,pul hərisi,
Rüşvət ilə görəcəkdir hər işi.
=
Yaltaqlanmaq yeni forma ,hal aldı,
Haram çörək yeyənlərə deyirlər ki,"halaldı".
=
Çoxları çalışır "göydələn " tikə,
Bu biznes ən pullu,ən yağlı "tikə".
=
Xöşbəxtlik diləyirəm hamının oğul -qızına,
Kaş ki,bütün ocaqlar körpələrlə qızına.
=
Hər övladın qoy olsun ata adlı bir dağı,
Atalarsa görməsin heç bir vaxt övlad dağı.
=
Bir məclisdə sən əgər görməsən diqqət yeri,
Orda qalmaq mənasız,dərhal uzaqlaş...yeri.
=
Dostun dara düşəndə kömək elə,yan keçmə,
O zaman yansan belə,şərəf olar yan-keçmə.