Bəhram Bilaloğlu - Bəşər heyrət edər ali məqama
Bəşər heyrət edər ali məqama,
Yolunda peyğəmbər nişanı varsa.
İman zəifləməz haqqı deməklə,
Alında səcdənin mizanı varsa.
Aşkardır gördüyün,ayna kimidir,
Gözlərin aşkara çıxaracaqsa.
Zatını danana nə deyim, axı,
Sözlərin haqq yoldan çıxaracaqsa.
Necə zənn edim ki, düşünüm yoxu,
Yoxluğu var edən Allah tapmışam.
Büsbütün aləmə nuru verənin,
Nurunu ruhuma pənah tapmışam.