Kəmaləddin  Qərib - HƏR GÜN BİR AZ DA NAZLAN...

Ədəbiyyat 10:07 / 08.04.2026 Baxış sayı: 229

 

Dərdimi söznənmi, saznanmı deyim,

Söznən duyulurmu, saznan olurmu?

Ay mənim ömrümə gecikib gələn,

Olurmu, gecikən yaznan olurmu?

 

Düşdükcə bərkinə-boşuna sənin,

Dözürəm gəldikcə xoşuna sənin.

Necə az dolanım başına sənin,

az qurban kəsilim, aznan olurmu?

 

Qibləm ol, üz tutum, qurulum sənə,

Qaynayım-qarışım, durulum- sənə.

Mən hər gün bir az da vurulum sənə,

Sən hər gün bir az da nazlan, olurmu?..