Əlizadə Nuri - Bu ömür bir qazan qardı
Yeldi əsən, yerdi əsən?
Axsaq imiş o tələsən.
Yol da yorulub deyəsən
Uzanıb tozun üstünə.
Görüb qəmli havaları,
Könül yenə havalanır...
Sinəmdəki yaraları
Kim sərib duzun üstünə?
Qəfəs deyil, amma dardı,
Yer üzü damar-damardı.
...Bu ömür bir qazan qardı-
Qoymuşuq közün üstünə...