Əlirza HƏSRƏT - YASƏMƏN
Bu yaz da yetirdim özümü sənə,
Qoy sürtüm əlimi,üzümü sənə.
Yollar heykəl qoyub izimi sənə,
Düşübsən ağıza-dilə,yasəmən.
Diksindir laləni,oyat süsəni,-
Qızlar ad seçəndə özünə səni.
Divanə ruhuma şam tut busəni,
Yaxanı açanda yelə,yasəmən.
Hər gülün budaqda yanan bir işıq,
Şehindən ver içim qoy qaşıq-qaşıq.
Ətrindən məst olan bu qərib aşıq,-
Çətin ki özünə gələ,yasəmən.