SABAHIN HAVASI...

MƏMLƏKƏT 13:42 / 13.04.2026 Baxış sayı: 473

Respublika Milli Hidrometeorologiya Xidməti aprelin 14 -ə  gözlənilən   hava  durumunu   açıqlayıb.

 

Yenises.az    bildirir  ki,   Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bakı havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.