Əbülfət Mədətoğlu - ŞEİRLƏR

Ədəbiyyat 09:47 / 10.04.2026 Baxış sayı: 552

Şəhid anasının son arzusu

 

Başınısöykəyibgecəninüstə,

Səhərinilməsinçözürbirana...

Ömründənağrılıkeçəninüstə

Gözündəndamanıdüzürbirana...

 

Nisgilgöyəribdiqırışlarında,

Dilininucunda “Şəhid” bitibdi...

Yurdundöyüşgedənqarışlarında –

Qəlpəyarışındagülüşitibdi...

 

Saçının sol üzünsığallıtutub,

Ammasağüzünüahlahörübdü...

Çoxdanyuxularınsayınunudub, -

OğlunuŞuşadandönəngörübdü...

 

Bayrağabükdüyüşəkilləonun

Söhbətiuzanırhəminanacan...

OğulgöstərərəkZəfərinyolun –

Deyir: Biz qalibik, şükret, anacan!

 

Bayrağabükdüyüşəkilləsöhbət

Uzanır “Qırxdördgünəfsanəsi”tək...

O, möhlətistəyirAllahdan, möhlət –

BayraqZəngəzurdaucalsın, görək!..

 

Bir gecə Xankəndidə

 

Mənsusubaddımlayıram

Qarşımaçıxırizlərim...

İçimdəaddımsayıram -

Dözmür, titrəyirdizlərim...

 

Otuzüçilbundanöncə -

Keçdiyimküçəoyanıb...

Ondamənisıxanküncə -

İndi, qarşımdadayanıb!

 

Eləbilçırpırüstünün

İllərləyığılanyükün...

Zəfərdəütdüözünün -

Çiynindəkişeytantükün!

 

Bu şəhərözünədöndü

Xilasolduləpirlərim...

Xanınkəndindəgöründü -

Gözüməözsətirlərim!..

 

...Yenəhəminküçələri

Həminkindənşənkeçirəm!

Xankəndiningecələri…

Bu gecəulduziçirəm!

 

 

Xankəndiyə sancılan bayrağıma səcdələrlə

 

Bu payız ömrümün baharı oldu,

Gözü aydın olsun torpağın, daşın!..

Qələbə əbədi vüqarı oldu -

Sildi Qarabağım gözünün yaşın!..

 

Səksəndi bu yurdun kövrək ürəyi,

Açdıq müjdə ilə nurlu sabahı!

Çıxardıb əynindən işğal köynəyin -

Xanın kəndi oldu İlham şəhəri!

 

Axır ki, duruldu yurdun səması -

Dualar selləndi şəhid adına!

Əsgər oğulların Vətən anası -

Təbəssüm sarıdı yaralarına!

 

Qürura bələndi Vətən büsbütün,

Ürəyim fərəhdən dalğa yarırdı...

Bayraq da yerinə qayıtdığıyçün -

Sonsuz fəxarətlə dalğalanırdı!!!

 

 

ŞƏHİD ANASI

 

Yuxusu pərən düşüb,

Fikirləri yumaqdı...

İşi göz yaşı ilə –

Çöhrəsini yumaqdı –

Şəhid anasının...

 

Xəyaldakı dünəni,

Bu gününə calayır...

Çəkdiyi ahları da,

Öz içində qalayır! –

Şəhid anası...

 

Qulağındakı səs də,

Dipdiridi, canlıdı...

Bilir yer, göy, hər kəs də –

Fələk ilə qanlıdı -

Şəhid anası...

 

Barışmır gerçək ilə,

Sanır bu, pis yuxudu...

Xatirədən savayı –

Başqa heç nə yoxudu –

Şəhid anasının...

 

 

ŞUŞAM

 

Əlim ürəyi sıxdı,

Gözüm torpağı tutdu...

Dilimdən "MÜJDƏ!"çıxdı ,

Varlığımı unutdum -

ŞUŞAM!

 

Dünyanın ağırlığın

Silkələdim çiynimdən...

Otuz ilin töhmətin,

Mən soyundum əynimdən -

ŞUŞAM!

 

Cözümə yuxu döndü,

Həyatıma tər yaşam...

Qəmin işığı söndü,

Qalibdi ordum, Paşam -

ŞUŞAM!

 

Günün günlərin Tacı,

Anın anların Şahı!

Zəfərlə sevindrdi

Şəhidlərin, Allahı!

Qazilərin, Allahı -ŞUŞAM!!!

 

 

ŞƏHİD DAŞLAR

(Şuşada, kəndimdə yaşadığım hisslər)

 

Bir daşın üz-gözündə

Saydım güllə yerlərin...

Daş dəfn edib özündə -

Düşmənin güllələrin...

 

Neçə igid oğulun,

Çevrilib sipərinə...

Dözümüylə, çoxunun -

Güc qatıb təpərinə!..

 

Oğullaşıb gözümdə,

Həmin daşlar da indi...

Oxşadım yaraların -

Sanki daşlar isindi...

 

Sükutla mən baş əydim,

Yurdun sipər daşına...

Göz yaşın şəhidimin -

Etdim çəpər, daşına...

 

 

 

 

 

MƏN QAZİYƏM

(Bütün qazilərə və fiziki sağlamlığı ürək parçalayan BİR qaziyə)

 

Sinəsində qəlpə "bitən"

Sağ gözünün nuru itən...

Sol gözündə gün qaralan...

Həyat ilə arasında

An qısalan, vaxt daralan -

BİR qaziyəm!..

 

Addımları çəlik ilə

Sözü, səsi calaq-calaq...

İradəsin yığıb ələ

Yarıb keçən qalaq-qalaq

Döyüş adlı xatirəni -

BİR qaziyəm!..

 

Bu halı da döyüşçüdü,

Yumruğu da hələ dəmir!

Düşmənlərdən bir səs-səmir

Hiss edəndə dərhal səbir

Etmir, deyir mən HAZIRAM!

BİR qaziyəm!

 

 

 

 

BİR GİLƏ SÜKUT

 

bir gilə sükut...

bir gilə göz yaşı...

bir gilə torpaq...

Sükut

göz yaşını dondurub,

Göz yaşı torpağı yandırıb...

Yanan torpaq,

tökülən qanın

məşəl olduğuna -

ağlı kəsənin

hamısını inandırıb...

Bir gilə sükut,

bir gilə göz yaşında -

durulanıb...

Bir gilə göz yaşı -

bir gilə torpaqda -

qurulanıb...

və sonda

bir dəqiqəlik sükutla

göz yaşın qurudan torpaq

əbədi QÜRURLANIB!..

 

 

DÖYÜŞÜ VƏTƏN UDUB

 

Didəmdə donan yaşı,

Bu gün əritməyəcəm!

Qəlbimə sıxıb daşı -

Onu kiritməyəcəm...

 

Ahımın tüstüsünə,

Su da çiləməyəcəm!

Mən savaş bürküsünə

Səbir diləməyəcəm!

 

Tətikdəki barmağı

Ürəyimlə öpəcəm!

Şəhid qanlı torpağı

Gözlərimə təpəcəm!

 

Son hücumun nidasın,

Bayrağıma tən tutub...

Hayqıracam sədasın -

DÖYÜŞÜ VƏTƏN UDUB!

 

 

 

 

 

 

ŞƏHİD ANASININ MƏNZƏRƏSİ...

 

Kəsib ürəyimin nəfəs yolunu...

Boğulur, az qala candan can çıxır...

Elə burur ki o, ruhun qolunu -

Ağrıdan dişini dişinə sıxır...

 

Dönüb ox - süngüyə ana fəryadı

Əridir bir anda daşı da dəlir...

Kükrəyən dənizdi, coşan dəryadı -

Çıxıb yatağından üstümə gəlir!..

 

Şəhid anasının baxışı altda,

Gözüm ayağımın ucunu didir...

Ən böyük sükut da budur həyatda -

Burda söz acizdi, burda söz bitir...

 

 

 

Sabahına gəlməsəm...

(Əsgər məktubundan)

 

Bu gün son ümidimi,

Mən demiyə  əkirəm...

Yağışa da güman yox, -

Demə, niyə  əkirəm?!

 

Ruhumun diqtəsidi,

Bu halıma hökm edən...

Çina  rkimi durmuşam –

Yersiz  yarpaq  tökmədən...

 

...Bu gün  son ümidimi,

Ruha   şahid etmişəm...

Sabahına   gəlməsəm –

Bil ki, şəhid   getmişəm!..

 

 

Əsgərə məktub

 

Sən büründüyün bayraq,

Şərəfindi, şanındı...

Qucaqladığın torpaq –

Damardakı  qanındı!..

Sipər  doğuldun, sipər

Əroğul, ərən oğul!

Oldun Vətənə çəpər –

Sinəsin gərən oğul!

Nərən göyütitrədir,

Addımların da  yeri...

Sənin hər  bir  həmləndən –

Düşmən   çəkilirgeri!..

Bu  möcüzə şücaət

Tarix   də yeni    ünvan...

Şuşanın   başı üstdən –

Qaçıb, çəkildi  duman!

Qəhrəmanlıq  dastanın,

Özün yazdın anbaan!

Vətəninxilaskarın –

Yaşadacaqdır zaman!

 

 

 

Vətən

 

Ən böyük dilək-

Bu olsun gərək:

Sinədə ürək –

Vətən!

 

Köksünügərən,

Ər oğlu ərən!

Hər bəndin, bərən –

Vətən!

 

Bayrağı üç rəng

Əsrlə həmahəng!

Sənindi bu cəng –

Vətən!

 

Səninhər halın

Mənim məlalım...

Canım halalın –

Vətən!

 

Yumruğusıxdın,

Həsrətiyıxdın...

Qalib – sən çıxdın –

Vətən!

 

 

 

 

Qalib torpaq

 

Diz çökərəktorpağa

Hönkürdüm, üzü üstə...

Döndüm xəşəm yarpağa –

Töküldüm dizi üstə...

 

Qoydum, tapıb qibləmi

Mən   ruhumu   qaşığa...

Hıçqırtıla    rsinəmi –

Yarıb çıxdı   işığa...

 

Üz-gözümə sürtdükcə

Torpaqgüldü səbrimə...

Xışmalanıb bir ovuc –

Səpiləcək qəbrimə...

 

Bu zəfər gerçəkliyi

Ərzi  heyrətə saldı...

Bizi özünə çəkən –

Torpaq Qələbə çaldı!

 

 

 

Vətən səsləyir

 

Yarıb  keçi   rsəngəri,

İradəsi, qeyrəti...

Ayaqdadır bugünlər –

İnsanlığın   heyrəti!..

 

Öpür  durmadanbir an,

 Barmaqları tətiyi

Düşmənin    bayrağına –

Möhür      vurur  təpiyi!..

 

Atlanmış   Ağatlıdı,

Qaranlığı yarır   O!

Yeldən də qanadlıdı –

Şuşamıza varır O!

 

 

 

 

 

 

Mübarəkdi qələbən!

 

Tarixin şah   əsərin,

Oğul qanla   süsləyir.

Vətən hər bir ərənin –

Qələbəyə    səsləyir!

 

Yağır   dua   yağışı,

Bütün millə    tayaqda!

Məmləkətin   baxışı –

Sancılan   al     bayraqda!

 

Dönüşün təməlidi,

Sancılan hər  bayrağım!

İndi   an   məsəlidi –

Son Zəfər    içalmağım!

 

Həratılanmərmidə,

Güconunyumruğudu.

Gerçəkləşən əmrdə -

Əsgərdən umduğudu...

 

MübarəkQələbəyə,

Son addımı at, durma!

Xilaskardı, qalibdi –

Haqq olan ad, unutma!

 

 

 

 

Bu günü

 

İllə, ayla   gözlədim

Günlə, sayla    gözlədim...

Qışla, yayla   gözlədim –

 Mən  bu   günü!

 

Dərd-ələmlə gözlədim,

Vaxt-sələmlə gözlədin...

Mərd   qələmlə gözlədim –

Mən  bu   günü!

 

Para yurdla   gözlədim,

Sonumudlagözlədim!

BirBoz Qurdla  gözlədim –

Mən  bu  günü!

 

“Ah”geyinibgözlədim,

Gahdeyinib... gözlədim

Şah! – deyildi, gözlədim –

Bax  bu  günü!

 

 

 

 

Şəhid anası

 

Yuxusu  pərən düşüb,

Fikirləri   yumaqdı...

İşigözyaşı ilə -

Çöhrəsini yumaqdı -

Şəhid  anasının...

 

Xəyaldakı   dünəni,

Bugününə  calayır...

Çəkdiyi   ahları da,

Öziçində qalayır! –

Şəhid anası...

 

Qulağındakı   səs də,

Dipdiridi, canlıdı...

Bilir yer, göy, hər kəs də -

Fələkiləq  anlıdı –

Şəhid anası...

 

Barışmır  gerçəkilə,

Sanır  bu   pi  syuxudu...

Xatirədən savayı –

Başqa  heç  nə   yoxudu –

Şəhid anasının...

 

 

 

 

Torpaq

 

Od   kimid  itorpaq –

xışmalasam

ovcum  yanacaq...

Və sonrada

barmaqlarımın

ucundan

pardaxlanmış

qan damacaq....

 

Od  kimidi torpaq -

əl   uzadıb,

üz sürtüb,

öpməzdən  öncə

özün də bax –

gör  necə titrəyir, əsir...

Ürək-

sanki, yarpaqdı, yarpaq...

Bax, elə

bu yolla

özünə dönür –

Şəhidqanı ilə

suvarılmı  ştorpaq!

 

 

 

 

Komandan

 

Soyumu – sətirimi,

Əbədi  çətirimi...

Yurd adlı ətirimi –

Od, közümü qaytardın –

Komandan!

 

Dünən boynunu  bükən

Dünən  xəcalət  çəkən...

Qaçqınlığa  diz  çökən –

Bu dözümü qaytardın –

Komandan!

 

Tutiyədağım-daşım

Başdan  yazıldı  yaşım...

Sizlə dikəldi  başım –

Cüt gözümü  qaytardın,

Komandan!

 

Ürəyimyarpaqidi,

Sən  dözümü  qaytardın!

Andy    yerim torpaq idi –

And   sözümüq  aytardın –

Komandan!