Elnur Uğur Abdiyev - Səni sevdim
Sevgilərin uduzduğu bu dünyada,
Səni sevdim!
Gözlərimin qarasında ey ağ adam,
Səni sevdim!
Xəyalındır gül qoyduğum eşq heykəli,
Eşqin ətri sən yazılan sözdən gəlir.
Nolsun, məni sevdi çoxu,eh,mən dəli
Səni sevdim!
Sən mənim əhya gecəmsən, adın həyat,
Sənsiz dodaqdan qaçırır dadın həyat!
Sənlə gülür gözlərimdə,qadın,həyat
Səni sevdim!