Şakir  Xanhüseyn - OD ÜSTDƏN ADLAMAQ

Ədəbiyyat 08:54 / 10.04.2026 Baxış sayı: 584

 

Yox, mənim yoxumu sən var bilməli,

hətta soyuğumla isinməlisən.

Bir pillə yuxarı qalxmağa hələ

gücüm qalıb deyə sevinməlisən...

 

Hey yaxınlığını hiss etdirməli,

daha nə lazımdı ötkəmlik mənə;

O an göstərməli doğmalığını,

əgər üz verərsə qəriblik mənə...

 

Od üstdən adlayıb keçməlisən de,

ürəyim sınmasın kövrək budaqtək.

Xəyalım dolaşır dövrəndə elə,

onu da qarşıla əziz qonaqtək...