BU QIZ SEVDA YAŞINDADIR - Əşrəf Veysəlli
Bu qız sevda yaşındadır
gülnən, çiçəynən oynayır.
Eşq havası başındadır,
odnan, küləynən oynayır.
Bu qızı dindirmək olmur,
oyununa girmək olmur.
Ayağımı görmək olmur,
əlləri göynən oynayır.
Sözü kimi çiçəkmi var,
özü kimi göyçəkmi var?
Gözəllərdə ürəkmi var?-
Bu qız ürəynən oynayır.
Aydır, göyün üzündədir,
göy də, ay da özündədir.
Gözü bəyin gözündədir,
guya ki bəynən oynayır.
Bir o qızdır, bir də bizik,
tapşırıbbdı dərdə bizi.
Qurudubdur yerdə bizi,
göydə fələynən oynayır.
2000- ci il.