Əlirza HƏSRƏT -   BÜDRƏSƏM,ƏLİMDƏN TUTAM ŞEİRİM

Ədəbiyyat 19:51 / 10.04.2026 Baxış sayı: 322

 

Qələmim su içib qaynar təbimdən,

Heç vədə götürməz böhtan,şeirim.

Enməyən bayraqdır başımın üstə,

Büdrəsəm,əlimdən tutan şeirim.

 

Ayaq izlərimə yol çarpayıdır,

Harda gedən görsən,demək qayıdır.

Bir qız dodağında nəğmə payıdır,

Sevən ürəklərə yatan şeirim.

 

Sinəmə çəkilən dağ qara batdı,

Bu necə oyundu,nə zarafatdı?

Vallah,hər misrası bir salavatdı,

Tanrı duasıdır butam şeirim.