Əlizadə Nuri - Sənə gələn cığırdım
Ədəbiyyat
20:20 / 10.04.2026
Baxış sayı: 259
Adını çəkdim bu gün,
Dilim isindi, qadın.
Toxundum bir şəklinə
Şəklin diksindi, qadın.
Sənə gələn cığırdım,
Qəmə dəydim, yıxıldım.
Yenə səni çağırdım
Ayrılıq dindi, qadın.
Solan gülə can verin,
Boğuldum, eyvan verin.
Harda gəlib can verim-
Hardasan indi, qadın?..