Ramiz Qusarçaylı -Tanrım, daha bu ömrə
Tanrım, daha bu ömrə-
Günə etibar yoxdu.
Sünnü,şiə...
son nömrə
Dinə etibar yoxdu.
Sənsiz hər yan türmədi,
Yatdım, heç kəs görmədi...
Sünbül-sünbül sürmədi
Dənə etibar yoxdu.
Ağladıblar, gülmüşəm,
Gülə-gülə...
ölmüşəm,
Bir də gördün gəlmişəm,-
Mənə etibar yoxdu.