Rustəm Behrudi : - PLATON , ŞAİRLƏR VƏ YAXUD ,
FİLOSOFLAR ŞAİR O LMAĞA CƏHD ELƏYƏN ADAMLARDI...
Dünyanın ən böyük filosoflarından biri Platon özünün ideal dövlətində şairlərin qəbul edilməyəcəyini, günahkar sayılacaqlarını söyləyir. Niyə? Nə üçün? Şairlərin nə günahı var?
Platon filosof olduğundan səhv edir! Çünki şair məntiqin əleyhinədir, şair yaşadığı anın adamıdır və o həyatın sirrinə güvənir. Platon bir şeyi anlaya bilmir ki, şer də fəlsəfədi, ancaq sistemli fəlsəfə deyil.
Fəlsəfənin ana formulu məntiqdir. Məntiq şairlik deyil. Şair həyatın sirrini açmağa yox, onu yaşamağa çalışar. Uğrunda can qoyduğu şeyin sonu ilə maraqlanmaz, hər şeyini verər, heç nə istəməz. Bu böyük mənada əsl şairlərin həyat tərzidi. Hər şeyini verib heç nə istəməmək dövləti çaşdırar. Dövlət bunda məntiq axtarar. Tapmayanda qorxar. Dövlətin əsl şairləri qəbul eləməməyi, arzuolunmaz olmaları məntiqin olmamasından doğar.
Böyük Platonun bunu zamanında anlaya bilməməsi də onun filosof olmasından qaynaqlanıb məncə. Bəzi şairlərin şair-filosof adlandırılması mənə gülməli gəlir.
Platon öz səhvini anlamasa da, özünü təkzıb eləyən, məntiqdən çox uzaq bir təlim yaratdı--platonik eşq!
Bu da şairlər tora salmağın özgə bir yolü idi.
Bu yer üzündə Musanı atəşlə , İsanı çarmıxla, Məhəmmədi müşrük və münafiqlərlə Allahı şeytanla barışdıracaq tək adam şairlərdi!
Platon harada səhv elədiyini heç vaxt bilməyəcək.
Baş götürüm gedim daha,
Unudulsun adım daha,
Səni dəfn elədim daha,
Allah da mənim tək tək deyil!
Bunu ancaq bir şair yaza bılər. Filosoflar ,əksinə, əbədiləşmək, heykəlləşmək istər!