"Demə Səməd Vurğun gəldi gedərdi" - Lənkəranda

MƏDƏNİYYƏT 10:00 / 12.04.2026 Baxış sayı: 247

Dünən, yəni  11 aprel 2026-cı il tarixdə AYB Lənkəran Bölməsinin və Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə Azərbaycanın xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə "Demə Səməd Vurğun gəldi gedərdi" adlı tədbir keçirildi.

Tədbirdə bölgə yazarları,ziyalılar

gənclər və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak etdilər.

S. Vurğunun həyat və yaradıcılığı barədə LDU-nun professoru Yadulla Agazadə geniş məruzə etdi.

Çoxsaylı natiqlər çıxışlarında S.Vurğunun möhtəşəm yaradıcılığı ilə bağlı fikirlərini bölüşdülər. Dahi şairin şeirlərindən nümunələr səsləndirildi.

Mərkəzin "Babalar" xor kollektivinin ifasında səslənən musiqi tədbirə xüsusi rəng qatdı.