Saqif Qaratorpaq - Sönüb gedəsiydim bir gün kül altda
Sönüb gedəsiydim bir gün kül altda,
Nə yaxşı od verdin odundan mənə.
Bir sarı yarpaqdım quru budaqda,
Təzədən bahara qayıtdım yenə,
Səm mənim ömrümə nə yaxşı gəldin...
Könlümə,gözümə yağan yağışsan,
Göyərən çəmənəm ovcunda sənin.
Hər səhər bir damla şehə dönərəm,
İtərəm o ipək saçında sənin,
Sən mənim ömrümə nə yaxşı gəldin...
Qoy yatım hər gecə sığalın altda,
Bir ilıq baxışı çox görmə mənə.
Yuyulsun gözündə könlümün qəmi,
Hər səhər bürünüm təbəssümünə,
Sən mənim ömrümə nə yaxşı gəldin...