Elr Uğur Abdiyev -  Şəhid

Ədəbiyyat 09:00 / 12.04.2026 Baxış sayı: 331

Cənnət qoxuludur ,zəfər müjdəli,

Şəfaət mənbəyi hər ruha Şəhid!

Məzarı önündə güllər səcdəli,

Sevginin özüdür sabaha Şəhid!

 

Ruhlarda yer etdi o ruh, eşqiylə

Dünəni qorudu sabah eşqiylə,

Vətən sevdasıyla,Allah eşqiylə,

Min utanc yaşadır günaha Şəhid!

 

Bu yerin üstündə,göyün altında,

O qara daşdan ucuz daş- qaş,altun da!

O eşq dərgahında,sevgi qatında,

Hər ruhdan yaxındır Allaha Şəhid!