Gözəlliyə can atan qız - Xaliq Rehimli
Gözəlliyə can atan qız
Yaranana gülmək olmur
Bir dəfə gəlmisənsə sən
Gedib bir də gəlmək olmur
Özünü oxşatmaq üçün
Mələkləri soraqladın,
Baxıram gör nə qədərdı
Güzgülərin ,daraqların
Bahalı sürmələr səni
Bircə günlük gözəl eylər
Gözün özündə yoxdursa
O qələmlər gözə neylər?
Qəlbində sevda cücərsə
Onda deyərəm ki, əhsən
Sevgin üzünə çıxanda
Daha gözəl görünərsən
Göz qaşı özün bilərsən
Çalış üzü ağ olasan,
Çox gözəl olmaq xətadı
Xətadan uzaq olasan...