DİRƏK VƏ LƏYAQƏT -Ələddin Əzimli
( "Monoloqlar" silsiləsindən )
Zaman keçdi,
vaxt əridi.
Qılınclanan,
parçalanan düşmən isə,
qəribədir,
çox qəribə,
deyəsən,tərpənir, çırppınır,
sanki diridir.
Çünki o vəhşidir,
İnsanlıqdan kənar olan
daş parçasının biridir.
Əslində,
daşın da ürəyi var, torpağın da
döyünür içində.
onunsa, heç nədən xəbəri yoxdur.
İnsanın, insanlığın hardan, nədən-
göydən, yerdən,
ağlagəlməz dirəyi var.
Kürək-kürəyə,
ağac-ağaca,
söz-sözə,
lap göz-gözə, qardaşlar,
yaşamaq olar.
Unutmayaq, həmvətənlər,
bu xalqın şərəfini, qeyrətini, adını
əl-əl,
el-el gəzdirmək,
zaman-zaman qorumaq,
Ləyaqətlə daşımaq olar!