Şövkət Zərrin Horovlu - Soruşun məni
Yad etsəniz məni bir yaz səhıri,
Təzə çiçəklərdən soruşun , məmi.
Dalımca kövrəlsə xatirə yeri,
Aylardan, illərdən siruşun məni.
İydə çiçəkləsə ,düymələsə nar,
Yuxudan oyansa yaşıl ormanlar.
Mənim bənövşəmi görsəniz ,qızlar,
Uzalı əllırdən soruşun məni.
Tozlu kənd yolunda qalsa bir izim,
Xatırlasa, məni çəmənim ,düzüm.
Köz kimi yananda xal düzüm-düzüm ,
Laləli çöllərdən soruşun ,məni.
Bağda budaqlara bar töküləndə,
Ulu zirvələrə qar çəkiləndə.
Məclislərə kaman, tar çəkiləndə,
Nəğməli dillərdən soruşun məni.
Bir gül becərmşdim sevgi bağında,
Ömrümün yamyaşıl, erkən çağında.
Kəhrizin üstündə, çay qırağında,
Sevən könüllərdən soruşun məni.
Horovlu ,ozümə düz yol seçmişəm,
Dərdin bərəsindən yüz yol keçmişəm.
İncilər içindən inci seçmişəm,
Sənət sevərlərdən soruşun məni!