Rəfail Tağızadə - Bir gülüşün səsinə

Ədəbiyyat 11:39 / 17.03.2026 Baxış sayı: 179

* * *

Bir gülüşün səsinə

açılan qapılar var,

bir arzuya, diləyə

qurulan yuvalar var.

Külək qovur buludu,

cığırın qupqurudu.

 

İzin qumru ləpiri,

gözlərin dupdurudu.

Gecələrin saatı,

dəqiqəsi bilinməz.

 

Hara tutum üzümü?

Gecədə yol görünməz.

Əllərimdə əllərin,

gözün gözümə baxır...