Enur Uğur Abdiyev- Səhərlər cəllad qılıncı

Ədəbiyyat 10:10 / 17.03.2026 Baxış sayı: 159

 

 

Səhərlər cəllad qılıncı,

Gecələr edam ağacı.

Bir inqilabam narıncı,

Zaman gen baxır qıyğacı.

 

Ötür yaş da quru- quru,

Doğanaq tutmur örkəni.

Bu səhra eşqin sonunda,

Bir yamyaşıl kol görkənir.

 

Bu qılınc,bu ağac, bu mən,

Bacarsan doğra səsimi.

Bu səs içində neçə mən,

Çolə daşıyar içimi.