YURDUMUZA BAHAR GƏLİR!

MƏMLƏKƏT 09:46 / 17.03.2026 Baxış sayı: 147

DİRİLİŞ BAYRAMI

    Yaz fəslinin yurdumuza gəlişinin " Bahar " və yaxud " Novruz " bayramı adı altında qeyd edilməsi haqqında ilk yazılı tarixi məlumat eramızdan əvvəl 505-ci ilə təsadüf edir. Araşdırmalar göstərir ki, bu bayram tədbirləri bütövlükdə təbiətin oyanışı və yenilənməsini özündə ehtiva edir. Suyun isinməsi, suda yaşayan canlıların üzə çıxması, günəşin hərarətinin  yüksəlməsi, havada xəfif mehin-yelin yaranması, torpağın cana gəlməsi, qar altından qardələnlərin baş qaldırması, günlər keçdikcə təbiətin al-əlvan rənglərə boyanması, canlı orqanizmlərdə qaynar həyatın oyanışı, onu göstərir ki, təbiət yenilənir, il dəyişir, həyat təzələnir !..
  Qədim əcdadlarımızın miladdan çox-çox 

əvvəllərdən başlayaraq " Yeni ilin " - Baharın gəlişini, Novruzdan ( martın 21-də ) başlamaları sırf astronomik elmi əsaslarla bağlı idi. Həmin gün Yerin şimal yarımkürəsində gecə gündüzlə bərabərləşir. İnsanların arzu - istəklərindən, iradəsindən asılı olmayaraq ilin yeni fəsli - yaz başlanır. 
  Azərbaycan Milli Elmlər Akademyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizik Rəsədxanasının Bakı bölməsinində Günəş fizikası və ulduz atmosferi sahəsinin görkəmli alimi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, mərhum Rəhim Zeynalov " Kainatın bayramı " məqaləsində göstərir ki,  Yazın - Novruzun gəlişinin astranomik əsasları sırf kainat qanunlarına söykənir.
Belə ki, Yerin günəş ətrafında ilk qət etdiyi məsafə orbit üzrə 940 milyon kilometrdir. Bu məsafəni Yer saatında 107 min kilometr və yaxud 29,8 kilometr / saniyə 

sürətlə qət edir. Yerin günəş ətrafında tam dövr etməsi 365 gün 5 saat 48 dəqiqə 46 saniyəyə başa gəlir. Bu müddət il adlanır. Yer kürəsi öz oxu ətrafında tam hərəkətini 24 saat ( daha dəqiq 23 saat 56 dəqiqə 48 saniyə ) başa vurur. Yerin öz oxu ətrafında tam fırlanmasına bir gün ( sutka ) deyilir. Yerin fırlanmasında Gecə ilə Gündüz növbələşir və vaxt vahidi yaranır. Bu harmoniyanın sayəsində Yer səthində işıq-isti və soyuğunun dəyişməsi atmosfer sirkluyasiyası yaranır..
  Mövzumuz, Baharın - Novruzun gəlişilə bağlı olduğuna görə, ilin başlanğıc günü olan, 21 martdan danışaq. Aydındır ki, 21 martda Günəş qütblərdən eyni məsafədə yerləşən ekvator xətti üzərində ZENİTDƏ olur. Günəşin bu mövqeyi nəticəsində onun şüaları Yer kürəsinin Şimal və Cənub yarımkürələrini eyni vaxtda bərabər işıqlandırır və qızdırır. Bu vaxt gecə ilə 

gündüz bərabərləşir.    
MARTIN 21-nə YAZIN GECƏ-GÜNDÜZ BƏRABƏRLİYİ DEYİLİR. 
   Martın 21-dən Yer kürəsi də elə bir mövqe tutur ki, Günəş tədricən şimal yarımkürəsinin üzərinə doğru meyillənir. Bu zaman şimal yarımkürəsində gündüzün uzunluğu və tədricən temperatur yüksəlir. Bu astronomik hadisəyə görə 21 mart şimal yarımkürəsində Yaz fəslinin - Baharın başlanğıc günü hesab olunur. 
  Bir sıra Şərq ölkələrində də martın 21-i " Yeni il "in başlanması kimi qeyd olunur. 
   Bütün bunlar göstərir ki, min illərdir sevilə -sevilə böyük bayram təntənəsilə qeyd edilən " Novruz bayramı " xalqımızın milli tarixi kiçmişinə misilsiz adət - ənənələrlə zəngin olan, təbiət bayramı kimi daxil olmuşdur. Bu bayram ilk növbədə qədim zamanlardan bizim coğrafiyada yaşayan xalqlar arasında milli həmrəyliy hissləri 

yaratmaqla onların bir ailə şəklində birləşməsini təmin etmişdi. Tarixən Azərbaycan cəmiyyətində milli mədəniyyətin və identikliyin qorunmasında Novruz adət - ənənələrindən irəli gələn etnoqrafik bilgilərin böyük rolu olmuşdur..
   Sual olunur, adət - ənənə nədir ?..
 " Adət - ənənə : İnsanların mişətində və  ictimai-siyasi həyatındakı hərəkətlərin vərdişə çevrilməsinə adət - ənənə deyilir ". Tarixi araşdırmalar göstərir ki, əksər zamanlarda bu adət - ənənələr cəmiyyətdə və insanlar arasında mifləşdirilərək müqəddəs qanunlara çevrilmişdir. Çünki, bu qanunlar hər zaman insanlar arasında sevgi və bağlılığı, xalqların qüdrətlənməsi, milli birliyin, sülhün - sədaqətin, bərabərliyin bərqərar olunmasının əsasını təşkil edirdi. Bu qanunlar öz fundamental xüsusiyyətlərinə görə bir neçə kateqoriyalara bölünür. 

  1-ci təbiət qanunları.
  2-ci cəmiyyət qanunları.
  3-cü dövlət qanunları.
  4-cü beynəlxalq qanunlar.
    Biz, bu gün ki, mövzumuza diqqətlə baxdıqda görürük ki, qədim əcdadlarımız zaman-zaman təbiətdə baş verən yenilənməni düzgün qiymətləndirməklə Yaz fəslinin gəlişini bayram şəklində keçrilməsini cəmiyyət qanunu kimi qəbul etmişdir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə bu bayram dövlət statusu səviyyəsinə yüksəldilmişdir. 2009-cu ildən isə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri, Birinci Vitse prezident Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri - Maddi Mədəni İrs üzrə REPREZENTATİV siyahıya daxil edilmişdir. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında 

martın 21-i Beynəlxalq Novruz Günü elan olunub. 
  Qədim əcdadlarımızın, dəyərli adət - ənənələrlə zəngin olan mədəni - etnoqrafik irsin bu günümüzə miras saxladıqlarına görə onlaraın ruhuna rəhmət diləyirik. Bunları qoruyub yaşatmaq, zənginləşdirmək və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının  vətəndaşlıq və həm də mənəvi borcudur. 
Ancaq, təəsüflər olsun ki, tarixən xarici müdaxiləçilərlə yanaşı öz içərimizdə də milli dəyərlərimizə və adət - ənənələrimizə qısqanclıq və mühafizəkar mövqeyiilə yanaşan kosmopolitlər çox olmuşdur...
   Son günlərdə bizim yaxın qardaşlardan  birinin oğlunun toy şənliyində bir sıra yoldaşlarla əyləşmişdik. Tamada toy şənliyinin giriş hissəsində əzəmətli səslə Vətənimizin müdafəsi və torpaqlarımızın düşmənlərdən azad olunması uğrunda 

canını fəda etmiş " MÜQƏDDƏS ŞƏHİDLƏR "imizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad etməyi elan etdi. Biz adəti üzrə, dərhal ayağa qalxaraq ŞƏHİDLƏRİMİZİN ruhuna ehtiram əlaməti olaraq farağat vəziyyətini aldıq. Bir dəqiqəlik sükut başa çatan kimi, arxasınca AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ səsləndirildi. Mən, buna çox sevindim və özümdə mənəvi rahatlıq hiss etdim. 
  Bu zaman yoldaşlardan birinin səliqəsiz və yersiz danışığı məni peşiman etdi. 
  -O, dedi: - mən, toy şənliklərində adamların məcbur ayağa qaldırılmasının və Dövlət Himnin səsləndirilməsinin əleyhinəyəm. Bu heç uyğun olmayan bir işdir. Bu məsələni kim moda salıb ?!..
 Yoldaşlardan biri dedi ki, burada pis nə var ki, xalq öz ŞƏHİDLƏRİNİ dəyərləndiri.
  - Bu harada və hansı qanunda yazılıb ki, toylarda adamları qaldırıb ona Dövlət 

Himni oxudurlar ? 
- Kim bilirsə mənə izah eləsin, bu hansı qanunda yazılıb ?!..
 Bizimlə masa ətrafında əyləşən yoldaşlardan bir neçəsi nə isə deməyə çalışsa da, ancaq bu yoldaş yenə də israrlı deyirdi ki, xeyir, heç yerdə və heç bir qanunda bu barədə heç nə yazımayıb.
 - Mən, dedim ki, -  qardaşım birincisi " moda " yox DƏB demək izımdır. İkincisi, siz qanun deyəndə hansı kateqoriya qanunu nəzərdə tutursunuz ?.
 - O, dedi, məsələn Konstutisiyada bu barədə heç nə yazılmayıb. 
- Dedim ki, qardaşım, Konstitusiya Dövlətimizin əsas qanunudur. Orada toy şənliyi barədə də heç nə yazılmayıb. Amma və lakin toy şənlikləri cəmiyyət qanunları, xalqımızın adət və ənənələri əsasında formalaşıb və bu gün də yaşayır. Qanunlar bir neçə kateqoriya bölünür. Bura daxildir, 

təbiət qanunları, cəmiyyət qanunları, dövlət qanunları, beynəlxalq qanunlar. Yadında saxla cəmiyət qanunları insanların məişətində və ictimai-siyasi həyatında vərdişə çevrilən hərəkətlərilə yaranır. Bu gün ki, toy şənliklərində adətə çevrilmiş  " ŞƏHİDLƏRİN ANIM " ənənəsi xalqın öz sevgi və sayqısi ilə içdən gələn istək və məhəbbətdən yaranmış cəmiyyət qanunudur. Bu qanunu insanlara qadağan etmək mümkün deyil. Çünki bu qanunu xalqın, cəmiyyətin özü yayadıb. Belə ənənələrə görə Dövlət qanunlarına əlavə və dəyişikliklər etməyə ehtiyac yoxdur...
O, yoldaş mənim fikirlərimlə razılaşmasa da, susdu və bir daha danışmadı. Mən, son zamanlar bəzi sosisl şəbəkələrdə sağda - solda toy şənliklərində " ŞƏHİDLƏRİN ANIM " ənənəsi haqqında fikir bildirənlərə demək istəyirəm ki, əzizlərim, bütövlükdə bir millətin, bir cəmiyyətin, bir nəslin 

tərbiyəsi üçün ən dəyərli və təsirli təbliğat vasitəsi canlı və real nümunəvi işdir. Biz bir məsələni bilməliyik : " Millət ola bilər, əgər, millətin torpağı yoxdursa o millətin qüruru olmayacaq ". Çünki, millətin bütün dəyərləri ŞƏHİDLƏRİMİZİN qanı bahasına işğaldan azad edilmiş torpağın üzərindədir. Əgər, bu torpaq varsa demək millət var və yaşayır...
  Bəli, xalqımızın uzun illərdir sevə - sevə  qoruyub saxladığı " Novruz bayramı " da hər cür qadağa və təziqlərə məruz qalmışdır. Bütün bu qadağalara baxmayaraq xalq bu bayram günlərini gizli şəkildə olsa da belə, öz evində-ailəsində qeyd etməyi özünə borc bilmişdi. Çünki bu bayram keçmişimizdən bizə miras qalan bir təbiət və  cəmiyyət qanunudur. 
  Boz ayın dörd müqəddəs çərşənbəsinin birincisi əzəl çərşənbədir. Bu xalq içərisində " Su çərşənbəsi ", " Əvvəl çərşənbə ", " Gözəl çərşənbə ", " Sular 

Novruzu ", " Gül çərşənbə " adları altında keçrilərdi. Qədim inanclara görə Əzəl çərşənbədə yazın gəlməsi münasibət ilə ən əvvəl su təzələnir. Suda yaşayan canlılar suyun isindiyini hiss edib, suyun  üzünə qalxar. Çaylarda göllərdə qurbağalar səs - səsə verərək haray həşir salarlar. Adamlar  gün doğmamışdan su üstünə çıxar, təzə suda əl - üzlərin yuyur, bir-birinin üstünə su atar, su üstündən atdanır, yaralıların yarasına su səpərdilər. İnanclara görə, Əzəl çərşənbənin sübh tezdən köpüklənən ağ suyu dərdlərin dərmanı idi. " Su çərşənbəsi " günü qadınlar - qızlar sübh çağı axar sulardan gətirdikləri ağ köpüklü su ilə, niyyət edib qablara buğda yayıb səməni qoyar və üzərinə həmin sudan tökərək deyərdilər : " Niyyətimiz dirçəlsin,  səmənimiz cücərsin, əkdiyimiz bol-bəhrəli bar olsun, od-ocağımız yanar olsun, var olsun ". Sonra qablara yayılmış buğdanı isti 

yerdə saxlayar və gözləyərdilər ki, göyərsin. Novruz adətlərinə görə göyərmiş  səmənini ilin son çərşənbəsi olan " Torpaq çərşənbəsi " günü bayram axşamı, bayram  süfrəsinə qoyardılar. Həm də səmənini həvəngdəstədə əzib səməni halvası bişirər və yeddi qapıya pay verərdilər...
   Sual olunur bayram ərəfəsində qadınlarımız, qızlarımız nəyə görə səməni əkərdilər ?..
 Ağsaqqal dədələr, ağbirçək nənələr deyərdilər ki, qədim dövrlərdə əkinçilər, taxıl zəmilərindən götürdükləri məhsulu bir neçə hissəyə bölərdilər. Əsas bölgülərdən biri, növbət il üçün toxumluq buğda payının saxlanılması idi. Belə ki, əkinçilikllə məşğul olan əmək və zəhmət adamları Əzəl çərşənbə, " Su çərşənbəsi " günündə ötən ildən saxladıqları toxumluq buğdanı anbardan çıxarar onun yararlı olmasını bilmək üçün bir qədər səməni əkməyə, bir 

hissəsini isə sacda qovurqalıq verərdilər. Əgər, bu toxumluq buğdadan əkilən səməni göyərərdisə demək onu torpağa səpib becərmək olar. O zaman həmin buğdanın digər hissəsini sacda qovurar bayram süfrəsinə qoyar, qalanını isə yeddi qapıya pay verərdilər. Bu araşdırmalar göstərir ki, səməni haqqında danışılan əfsanəvi hekayələr, mahiyyət etibarilə qədim insanların həyatında ruzi - bərəkətin  bolluğun olması, onların xoşbəxtliyi idi..
  Çərşənbə axşamı günlərində, gün batana yaxın adamlar dədə - baba yurdlarının qapısında, həyətində çərşənbə tonqalları yandırarlar. Tonqal üzərində atıanar və deyərdilər : " Ağırlığım od olsun odda yanan dərd olsun ". " Ağırlığım odlara - istəməyən yadlara ". " Ağırlığım uğurluğum odda qalsın ". Bilgilərə görə qədim zamanlarda bəzi xəstəliklər, xüsusilə yolxucu xəstəlikləri odla - alovla müalicə 

edərdilər. Ona görə də adamlar yolxucu xəstəliklər olan yerlərdə tonqallar qalayar və xəstəlik tutmuş adamları oda yaxın gətirər, dualar oxuyar xəstələrə sağlamlıq diləyərdilər. Ən başlıcası köhnə ildən qalmış bütün köhnə əşya və tör - töküntüləri ilaxır çərşənbə axşamlarında yandırar və köhnəlikdən qurtulmağa çalışardılar...
  2016-cı il martın 15-i günü !..
   Əlahiddə Ümumqoşun Ordu rəhbərliyi Naxçıvan Muxtar Respublikasında fəalliyyət göstərən Nazirlik, Xidmət, Komitə, İdarə və Təşkilatlarla birgə yaratmış olduğu " NUH YURDU " təşviqat-təbliğat briqadası bu dəfə BATABAT döyüş bölgəsində Vətənimizin müdafiəsində döyüş tapşırığı yerinə yetirən şəxsi heyətin  görüşünə gəlmişdi..
BATABAT yaylağında şaxtalı, qarlı-çovğunlu, dumanlı bir gün idi. Təbiətin, 

havanın belə əlverişsiz olmasına baxmayaraq BİÇƏNƏK AŞRIMINDA düşmənlə üzü - üzə dayanan əsgərlərimizlə Novruz tədbirləri keçirirdik. Bəlkə də bu söhbətim bəzi yoldaşlar üçün inandırıcı gəlməyəcək. Ancaq bu həqiqətən belə idi. Azərbaycan Milli Elmlər Akademyasının Naxçıvan bölməsinin alimləri, AMEA-nın Müxbir üzvləri professor, mərhum Oruc Həsənli, professor, mərhum Hacı Qadir Qədirzadə, professor Fəxrəddin Səfərli və bir çox ziyalı, elm-mədəniyyət xadimi və müvafiq vəzfəli şəxslər bu gün bizimlə birgə idi. Komandanlıq BİÇƏNƏK AŞRIMINDA dəniz səviyyəsindən 2000 mr hündürlükdə yerləşən zirvədə üç tonqal yandırmaq barədə tapşırıq vermişdi. Zirvədə tonqalların alovlanmasilə Novruzv tədirimiz başladı. Bəz yoldaşlar təşvişlə mənə yaxınlaşaraq bildirdilər ki, bu təhlükəli deyilmi ?!.. 

Dedim ki, nəyi nəzərdə tutursunuz ?.
 - Bəs düşmən tonqalları görüb atəş aça bilər. 
- Narahat olma qardaşım, Bu, bizlərə QORQUD DƏDƏMİZ tərəfindən tövsüyə olunub ki, Oğuz ellərini döyüşə haraylayanda " Üç tonqal " yandırarsınız. Bizdə bu vəsiyyətə sadiq qalaraq, " Üç tonqal " yandırmışıq. Görürsən burada nə qədər cəngavər igidlərimiz var. Onlar atəş açar, cavabını da alar. Dedim...
- O, gülümsəyərək bir qədər ürəkli - ürəkli dedi : allah köməyniz olsun. Mən, elədə bilirdim..
  Burada hava nə qədər çovğunlu və şaxtalı olsa da, belə əsgərlərimiz böyük ruh yüksəkliyi ilə Naxçıvan Dövlət Dram Teatrı,  Naxçıvan Dövlət Filarmoniyası tərəfindən nümayiş olunan " Kosa - kosa ", " Qodu - qodu ", " Yumurta döyüşü ", " Kosa və gəlin "  səhnəcikləri və konsert nömrələrini 

böyük maraqla izləyirdilər. Azərbaycan folklor nümunələrinin gözəl bilicisi, tarixçi alim, professor, mərhum Hacı Qadir Qədirzadə Novruz bayramının gözəlliyi və dəyərləri haqqında söhbətlər apardı. Xüsusilə də bayram tonqallarının əhəmiyyətini vurğulayan zaman yumruqlarını düyünləyib əsgərlərimizi döyüşə, qisasa səsləyirdi. Mənə belə gəlir ki, zamanında edilmiş bu çağrışlar bizi zəfərə qovuşdurdu. İndi yəqin ki, bütün şəhidlərimiz kimi, gözəl alimlərimiz Oruc Həsənlinin və Hacı Qadir Qədirzadələrin ruhu şaddır. Allah hamısına rəhmət eləsin. Amin. 
   Mən, bir qədər də geriyə,1992, 1993, 1994-cü illərdə Vətənimizin ərazi bütövlüyü uğrunda düşmənə qarşı barışmaz mübarizə aparan cəsur Azərbaycan oğullarının ağır, faciəli və ziddiyətli günlərdə Novruz bayramını qeyd etməsi 

anlarını fikirləşəndə çox kədərlənirəm. Çünki, hər gün döyüş, hər gün hansısa səngər yoldaşının güllədən, mina partlayışından, mərmi və bomba qəlpəsindən şəhid olması, yaralanması onlarda ruh düşgünlüyü yaradırdı. Novruz bayramı ərəfəsində və yaxud başqa tarixi əlamətdar günlərdə hansısa tədbiri keçirməyi planlaşdırsaq da alınmırdı. Birdə görürdün ki, gözləmədiyin bir istiqamətdə dəhşətli faciələr baş verdi. Həmin vaxt məcbur olub tədbirləri dayandırırdıq. Yadımdadır, 702 nömrəli hərbi hissə 1994-cü ilin mart ayı ərzində döyüş cəbhəsinin əsas zərbə istiqamətində düşmənə qarşı ağır döyüşlər aparırdı. Bayramqabağı  şəhidlərimiz oldu. Əməliyat şöbə rəisi polkovnik-leytenant Elxan Bağırov, tabor komandiri, Azərbaycanın Milli Qəhrəmanı Mirələkbər İbrahimov və bir neçə döyüşçü əsgərlərimiz şəhid oldular. Bu hadisələr  

döyüşçülərə bir qədər sarsıdıcı təsir etmişdi. Bayram ərəfəsində Hərbi Hissə komandiri polkovnik, Şair Ramaldanov səhər düzülüşündə  tapşırıq verdi ki, Bayramla əlaqədar şəxsi heyətlə ruhlandırıcı söhbətlər aparılsın. Novruz bayramının əhəmiyyəti haqqında danışılsın. 1994- cü il martın 19-u idi tapşırıq üzrə hazırlıq görürdük. Qəflətən ağır üzücü xəbər gəldi ki, Bakıda " 20 yanvar "  metro stansiyasında ermənilər tərəfindən terror aktı törədilib. 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Məlumata görə terror aktını erməni xüsusi xidmət orqanlarının tapşırığı ilə Oqtay Qurbanov adlı şəxs törətmişdi...
  Bəli, artıq bu ağır və ziddiyətli keçid dövrü geridə qaldı. İndi biz o günləri acı bir xatirə olaraq yad edirik..
  Qüdrətli Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Respublikasının Prezidenti, 

Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab ilham Əliyevin rəhbərliyi altında işğalda olan torpaqlarımızı 2020-ci ilin sentyabrında " 44 günlük Vətən Müharibəsi " zamanı azad etməklə düşməni kaputilyatsiya lmzalamağ məcbur etdi. Bununla Azərbaycan Respublikası öz dövlət suverenliyini bərpa etdi. İndi Qarabağın hər bir güşəsində Novruz tonqalları yandırılır. 
   Xalqımızın azadlığı, Respublikamızın müstəqilliyi, Dövlətimizin suverenliyi, Ölkəmizin ərazi bütövlüyi, qədim Qarabağın müdafiəsi və işğaldan azad edilməsi uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, sağlamlığını itirənlərə şəfa, bu yolda mücadiləsini davam etdirən mübarizlik arzulayırıq. 
   Bu gün ki, müqəddəs bayramlar ərəfəsində qəhrəman ŞƏHİDLƏRİMİZİN 

anaları, ataları, doğmaları, əzizləri başda olmaqla bütün xalqımızı səmimi qəlbdən təbrik edirik. 
  ƏZİZ VƏ DƏYƏRLİ XALQIMIZ !
     SİZİ QARŞIDAN GƏLƏN İLAHİ QÜDRƏTİN FİTRƏTİNDƏN DOĞULMUŞ, " RAMAZAN " VƏ " NOVRUZ " BAYRAMLARI MÜNASİBƏTİLƏ SƏMİMİ QƏLBDƏN TƏBRİK EDİR, SİZƏ DƏYƏRLİ VƏ FİRAVAN AİLƏ HƏYATI ARZULAYIRIQ. MÜQƏDDƏS BAYRAMLARINIZ MÜBARƏK OLSUN !

  polkivnik Mirqiyas Seyidsoylu
    
 

Digər Xəbərlər