Şakir Xanhüseyn -iki yolçu keçir...
·
***
iki yolçu keçir
bir çay üstündən;
yox, onların biri
o birinə körpüdü...
hə, bir işə körpü atmaq
əlin işidi,
yola körpü salmaq
ayağın işi...
günəş şəfəqləriylə
hər yerə körpü salır.
ürəklər bir-birinə
eşq ilə körpü salır...
varaqda, qələm ucunda
söz sözə körpü salar.
gecə ay işığıyla
gündüzə körpü salar.
körpü üstdən keçirsən?
etmə başqa bir xəyal;
yolda bir yol ara da,
körpü üstdən körpü sal...