Elnur Uğur Abdiyev- Belə...

Ədəbiyyat 21:01 / 29.01.2026 Baxış sayı: 163

Dünya, tavanın deşikdi,

Damır bu dam, o dam belə!

Hər yol qadasın aldığım,

Sənə dəysin qadam belə!

 

Ucuzlaşıb, Tanrım, ömür

Bəxt gördüm ki, ağdı kömür.

Neçə-neçə suçsuz, ölür

Ən sevdiyin adam belə!

 

Hanı ədalətin axı?

Həbs edə bütün günahı.

İnsan unudub Allahı,

Baxdım, baxdım matam belə!