Aləmzər Sadıqqızı - Az qalıb...
Az qalıb...lap bir azca
Ta səni unutmağa.
Bu gün bilet almışam,
Özümə qayıtmağa...
Sənə ağır gəlirəm,
Yükü olmayan adam.
Yandıranda gəlməyə,
Tükü olmayan adam.
Nə sevməyə ürəyin,
Nə də göz yaşın qalıb.
Mənə təslim olmağa,
Yalnız savaşın qalıb.
Sən bilməzsən sədaqət,
Nə də məhəbbət nədir?
Sevdiyinlə yaşamaq,
Həyat, səadət nədir?
Daha səni sevmərəm!
Bu söz yəminim olsun!
Bir gün ölüb gedərsəm,
Bu da son qəmin olsun!
13.1.2025.