Xatirə Rəhimbəyli - Xəyallarım suya düşdü...
Xəyallarım suya düşdü,
Ürəyim oda.
Nə suda balıq oldum,
Nə gül quruda.
Gah ömrümün quzeyisən,
Mamırlı qayam.
Gah əbədi alovuna
Odabaşıyam.
Ömrümü kəsdi,doğradı
Qərarsızlığın.
Ah,mən bu boyda acı ilə
Hansı tikəmə sığım.
Xəyallarım suya düşür
Mamırlı qayam...