Əlizadə Nuri - Başını dik saxlayasan...
Göydən bir təzə qəm gələ,
Ona könül bağlayasan.
Qaçıb qovasan özünü-
Axır onu haqlayasan.
...Sına bilməyən şüşəsən,
Tək ağaclı bir meşəsən.
...Dağdan bir şərtlə düşəsən-
Çaylar kimi çağlayasan.
Nələr çəkdin, nələr belə,
Səndən gedən gələr belə...
..Başını kəssələr belə-
Başını dik saxlayasan...