Nəriman Həsənzadə- Dünyanın sirri
Dünyanın sirri
- Şair, yenə yazırsanmı?
- sual verdi biri mənə?
Tanıtmaq istədi yəqin,
Məndəki şairi, mənə.
***
Axşam olur, sabah olur,
Mən yazmasam, günah olur.
Yazan zaman agah olur,
Bu dünyanın sirri mənə.
***
Soyumasın od nəfəsin,
əvəzi yoxdur heç kəsin.
Ulu Tanrım çox görməsin,
öz verdiyi şeiri mənə.