SİLƏK SƏRHƏDLƏRİ - yazdı Kamala Abiyeva Aydın Qızı
O gündən ki, bu torpağı
sərhədlərlə ayırdılar,
o gündən də anaların günlərini
qəm-qüssəyə sarıdılar.
O gündən də narahatdır
bu Yer adlı anam elə.
Bir ananın qucağını
kim bölübdü görən belə?
Kim yaradıb sərhədləri?
Bu sərhədlər dünyamızınanamızın əsəbləri.
Nadanlar var, axı, hələ,
oynayırlar sərhədlərlə.
Ey insanlar, qoruyaq bu dünyamızı,
öz yeganə anamızın qiymətini bilək biz,
Məhəbbətin əliylə sərhədləri silək biz.
1982