Kəramət : -  İRANDA ƏXLAQ POLİSİNİN LƏĞVİ  ƏXLAQSIZLIĞI ARADAN QALDIRIRMI?

YAZARLAR 10:55 / 05.12.2022 Baxış sayı: 1783

İRANDA ƏXLAQ POLİSİNİN LƏĞVİ

ƏXLAQSIZLIĞI ARADAN QALDIRIRMI?

...yox. Ona görə rejim özü əxlaqsızdı. Türkiyədə də belə bir tipik hadisə...6 yaşlı uşağı İsmailiyyə camaatının imamfason oğraşına ərə verirlər və rəisin də böyük hörmətlə yanaşdığı bu camaat mənsublarının hərəkətləri hüquq-mühafizə orqanlarının gözü qabağında baş verir, göz yumulur, ta ki bu günlərdə bir "Sözçü" qəzetinin xəbəri yayılana, xalqın yüksələn təpgisinə qədər. (Bütün işləri xalq çözəcəksə, hökumət nə işə yarar?)

Şəriət qanunu, düşüncəsiylə ölkə idarə olunarmı. TC-də iqtidar açıq -aşkar ümmətçi təfəkkürlə baxır hadisələrə, hətta bahk sistemini, faizləri "Nas" surəsiylə izah edir. Şübhəsiz TC İran deyil və ola da bilməz, ona görə ki, biətçilərdən azadlıqsevərlər daha çoxdu.

İNSANLARI BASQIYLA İDARƏ EDƏ BİLMƏZSƏN, AY MOLLA-İMAM .

Möhtərəm Prezidentin bu rüşvətxorluqla mübarizəsi niyə əsaslı nəticə vermir? Məncə, daha radikal tədbirlər görülməlidi, icra strukturlarında köklü dəyişiklik aparılmalıdı., şəffaflıq yaranmalıdı. Bir çox qurum araçı-al-verçi işi görür, ləğv olunsun, dövlətin etibarını zədələyirlər.

Kim deyə bilər ki, hansısa qurumda rüşvət mexanizmi işləmir, tam tərsinə mexanizm özü rüşvətə işləyir...məgər bu insan üzərində basqı yaratmırmı, əzmirmi məni -səni. Gözükölgəlilik, başıqapazlılıq yaradır, mənəvi başıqapalılıq özü elə əxlaq (sızlıq) polisi deyilmi.

Məncə, bizlər LƏYAQƏTsizlikdən, ƏDALƏTSİZLİKdən çox əzab çəkirik.-ikisi də biri-biriylə sıx bağlıdı. Və bunlar gec-tez öz acı meyvələrini verir, qaçılmazdı.

HEÇNƏYƏ LAYİQ OLMAYANA HƏRŞEY, HƏRŞEYƏ LAYİQ OLANA HEÇNƏ...axırda onu da deyim ki, əxlaq polisini qaldırmaqla da İran canını qurtara bilməyəcək, məsələ görünən-görünməyən basqılarda, əxlaqsızlığın əxlaq polisində-daxildədi.