Kəramət : - Nuhun Kosmik Gəmisi
 

Ədəbiyyat 21:43 / 30.07.2025 Baxış sayı: 1626



İqlimlərin savaşı
fəsillərin xaosu
Tsunami başlayıb
adamlar YERdən daşır...

"Dəniz fənəri" sönüb
görünmür Qütb Ulduzu
"Qara Dəlik"-bataqlıq
indi Göy Yeri çəkir.

.....və ilaxır, ...və sair ,
nə əvvəl, nə gerisi
"SOS" işarəsi verir
Nuhun Kosmik Gəmisi.