Elnur Uğur Abdiyev - Sevgi fəsli
Ümidlər yaşıl don geyinib,
Arzuların çiçək,
Həyatın ən kövrək günüdür.
Yağır,
İşıq seli yağır bu gecənin qatılığına.
Bütün fəsillər gözəldir
Özünə inananda,
Bütün fəsillər sevimlidir,
Yanında şaxtanı sındıra biləcək
Bir doğma nəfəs olanda.
Bu fəslin adı sevgi fəslidi.
Vüsalının dadı başqa,
İntizarı da təsəllidi.