Kamalə Abiyeva Aydın Qızı - YAĞIŞ YAĞIR BU ŞƏHƏRƏ
Yağış yağır bu şəhərə
gör nə gözəl bir gecədi.
Bir sən,bir mən bu şəhərdə,
bir də yağışlı gecədi.
Bu gün göylər nəğmə deyir,
ürəyində sözü varmış.
Bu məhəbbət nəğməsini
görən hardan bilir yağış?
Bəlkə göylər bu torpağa
sevgisindən söhbət açıb?
Yağış yağır, bu şəhərin
gözlərindən yuxu qaçıb...
Bu gecənin yuxusu da gözlərində alışıbdı.
Bu yağışın qoxusu da nəfəsinə qarışıbdı.
saçlarında,əllərində damcıların parıltısı.
Qəlbimizə axıb gedir bu yağışın pıçıltısı.
Yağan yağış sanki göyün
sevgimizə heyrətidi.
Bəlkə yağan yağış deyil,
könlümüzün həsrətidir?
Bu gecə də, bu yağış da,b
u şəhər də bizimkidi.
Bu gecədən bizə baxan
açılacaq sevgi dolu
o səhər də bizimkidi.